Neftçalada faciə: 24 yaşlı gənc yanaraq öldü

Neftçala sakini evində yanaraq ölüb.

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, hadisə Neftçala rayonunun Xolqarabucaq kəndində Əzizov Bəylər Xurşid oğluna məxsus evdə qeydə alınıb.

Fərdi yaşayış evində baş verən yanğında mənzil sakini 2001-ci il təvəllüdlü Bayram Bəylər oğlu Əzizov yanaraq ölüb. 1995-ci il təvəllüdlü Babək Bəylər oğlu Əzizov yanıq xəsarətləri ilə Neftçala xəstəxanasına yerləşdirilib.

Yanğın FHN tərəfindən söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info