Səudiyyə Ərəbistanında spirtli içkilərin satışına başlanılıb

Səudiyyə Ərəbistanı hökuməti 1952-ci ildən qüvvədə olan alkoqol qadağasını ləğv edəcək və 2026-cı ilə qədər 600 turizm bölgəsində spirtli içkilərin istifadəsinə icazə verəcək.

Gununsesi.info xəbər verir ki, həyata keçiriləcək plana əsasən, spirtli içkilər yalnız turizm yönümlü məkanlarda məhdudlaşdırılacaq.

Seçilmiş beşulduzlu otellərdə, istirahət kəndlərində və lisenziyalı obyektlərdə spirtli içkilərin satışına və istehlakına icazə veriləcək.

Gununsesi.info