Aİ Qara dənizdə təhlükəsizlik mərkəzi açır

Avropa İttifaqı Qara Dənizdə təhlükəsizliyi gücləndirmək üçün dəniz təhlükəsizliyi mərkəzi yaratmağı planlaşdırır

Bu barədə  Gununsesi.info xarici mediaya istinadən xəbər verir.

Mayın 28-də Aİ-nin baş diplomatı Kaja Kallas bildirib ki, blok Qara dənizdə potensial təhdidləri izləmək və kritik infrastrukturu qorumaq məqsədilə dəniz təhlükəsizliyi mərkəzi yaratmaq istəyir. Bu təşəbbüs, Rusiyanın Ukraynaya qarşı müharibəsinin başlanmasından sonra regiona artan marağı əks etdirir.

Kallasın sözlərinə görə, mərkəzin əsas məqsədi müşahidə imkanlarını artırmaqla mümkün təhlükələr barədə erkən xəbərdarlıq etməkdir. Mümkün olduqda Ukrayna və digər Qara dəniz ölkələri ilə məlumat paylaşılması nəzərdə tutulur. Aİ region ölkələri ilə əməkdaşlığı gücləndirmək üçün xüsusi nazirlər görüşünün təşkilini təklif edib.

Qeyd edək ki, martda ABŞ, Rusiya və Ukrayna Qara dənizdə naviqasiyanın təhlükəsizliyini təmin etmək barədə razılığa gəlsələr də, Rusiya sonradan kənd təsərrüfatı sektoruna qarşı sanksiyaların yumşaldılması daxil olmaqla, tələblər siyahısı hazırlayıb. Fransa isə Qara dənizdə atəşkəs şərtlərinə qarşı çıxıb.

 

 

Şəbnəm

Gununsesi.info