
“Bizim ehtimallarımıza görə, benzinin ölkəyə idxalının artmasının əsas səbəbi ötən il ölkəmizdə keçirilən beynəlxalq tədbirlərlə bağlı 2 aya yaxın neft emalı zavodunun bağlanmasıdır”.
Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” Qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Sahil Babayev deyib.
Məlumat üçün bildirək ki, ötən il Azərbaycanda keçirilən ən böyük beynəlxalq tədbir BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı – COP29 olub və noyabr ayında keçirilib.
Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlara görə isə ötən ilin noyabr ayı ərzində Azərbaycanın yeganə neft email zavodunda 9,8 min ton benzin istehsal edilib.