
Bakının Xırdalan şəhərində bıçaqlanma hadisəsi baş verib.
Gununsesi.info xəbər verir ki, hadisə “Kristal Abşeron” yaşayış kompleksindəki binalardan birinin önündə (“Hünkar Sofrası” restoranının qarşısı) baş verib.
İlkin məlumata görə, 19 yaşlı oğlan həmyaşıdları olan qız və oğlanı bıçaqlayıb. Yaralılar yaxınlıqdakı xəstəxanaya çatdırılıb. Polis bıçaqlı şəxsi saxlayıb. Hadisənin qısqanclıq zəmnində baş verdiyi bildirilir. Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info