ABŞ-də hər həftə 300-dən çox insan Covid-dən ölür

Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin məlumatlarına görə, pandemiyanın başlamasından beş il sonra ABŞ-də hər həftə orta hesabla 300-dən çox insan Covid-19-dan ölür.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Yeni koronavirusun yayılmasından beş ildən çox vaxt keçməsinə baxmayaraq, ABŞ -də hələ də hər həftə 300-dən çox insan Covid-19-dan ölür. Mütəxəssislər ölənlərin sayının çox olmasını peyvənd nisbətinin aşağı olması və müalicə imkanlarının qeyri-kafi olması ilə əlaqələndirirlər.

ABC News-a görə, Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) məlumatları, keçən ay Covid-19 səbəbiylə hər həftə orta hesabla 350 nəfərin öldüyünü ortaya qoydu. Ölənlərin sayı özlüyündə yüksək olsa da, CDC məlumatları həftəlik ölənlərin sayının əvvəlki yaz aylarından daha az olduğunu göstərdi.  İctimai səhiyyə mütəxəssisləri ABC News-a bildiriblər ki, ABŞ-da vəziyyət bir neçə il əvvəlkindən daha yaxşıdır, lakin Covid-19 yüksək riskli qruplar üçün təhlükə yaratmağa davam edir.

Orxan

Gununsesi.info