
Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson 9-cu dəfə ata olduğunu açıqlayıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson 60 yaşında 9-cu dəfə ata olub. Consonun həyat yoldaşı Kerri Conson sosial media hesabında paylaşım edərək qızları Poppy Eliza Cozefina Consonun dünyaya gəldiyini açıqlayıb.
Kerri Conson öz paylaşımında qeyd edib:
“Onun nə qədər gözəl və balaca olduğuna inana bilmirəm. Özümü inanılmaz dərəcədə şanslı hiss edirəm. Hamımız ona heyranıq. Doğulduqdan sonra bir dəqiqə də yatmışam, çünki ona baxmaqdan doymuram”.
Günel Həsənova