“Neftçi” məğlub oldu

Misli Premyer Liqasında sonuncu – XXXVI turun oyununda “Sabah” “Neftçi”yə qalib gəlib.

Gununsesi.info xəbər verir ki, “Bank Respublika Arena”dakı görüşün taleyini 1 qol həll edib.

Yeganə qolu 64-cü dəqiqədə Cesse Sekidika “ağ-qaralar”ın qapısından keçirib. “Sabah” 48 xalla turnir cədvəlini beşinci, 43 xala malik “Neftçi” isə altıncı pillədə başa vurub.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Sumqayıt” səfərdə “Səbail”i (4:1), “Qarabağ” isə “Şamaxı”nı (1:0) məğlub edib. Tura mayın 25-də yekun vurulacaq.

Gununsesi.info