Millimiz son dünya çempionu ilə qarşılaşacaq

Bakıda keçirilən minifutbol üzrə dünya çempionatındakı milli komandamızın 1/8 finaldakı rəqibi müəyyənləşib.

Gununsesi.info xəbər verir ki, yığmamız növbəti matçda son dünya çempionu Rumıniya ilə qarşılaşacaq. Son turda Fransa ilə qolsuz bərabərliyə nail olan rumınlar 4 xalla qrup mərhələsini ikinci yerdə tamamlayıblar.

Qeyd edək ki, mayın 27-də keçiriləcək Azərbaycan – Rumıniya görüşü 20:30-da start götürəcək.

 

 

Gununsesi.info