
“Ayxan Abbasov gənclərdən yaxşı, mübarizə kollektiv formalaşdırıb. Sona kimi mübarizə apardılar, bizə xeyli çətinlik yaşatdılar”.
Gununsesi.info xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XXXVI turunda səfərdə “Şamaxı”nı 1:0 hesabı ilə məğlub etdikləri oyundan sonra mətbuat konfransında deyib.
53 yaşlı mütəxəssis futbolçularının sona qədər mübarizə apardığını söyləyib: “Oyunun içində oldular, qopmadılar. Hər iki komanda mövsümü yaxşı notlarla başa vurdu”.