Metro divarlarını yazan fransalı əfv edildi

Bakıda metro divarlarını yazan Fransa vətəndaşı Clerc Theo Hugo əfv edilib.

Gununsesi.info xəbər verir ki, Prezident İlham Əliyev bu gün imzaladığı əfv sərəncamı ona da şamil edilib.

 

Clerc Theo Hugo 2024-cü ildə Nərimanov rayon Məhkəməsinin hökmü ilə 3 il azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, vəkil Elçin Sadıqovun Gununsesi.info-ya təqdim etdiyi müraciətdə Clerc Theo Hugo azadlığa buraxılmasını xahiş etmişdi. 

Gununsesi.info