
Daha əvvəl prezident və AKP sədri Rəcəb Tayyib Ərdoğana “dostum” deyən Almaniyanın keçmiş kansleri Şröderin Rusiya ilə əlaqəsi olan bank hesablarına göndərilən pullar dondurulub. Qərar verən Sparkasse bankının idarə heyətinin sədri Belit Onay türk əsillidir və daha əvvəl Şröderin Rusiya ilə əlaqələrini sərt tənqid edib.
Gununsesi.info Türkiyə mediasına istinadən xəbər verir ki, Almaniyanın Hannover şəhərinin meri olan türk əsilli siyasətçi və Sparkasse adlı bankın idarə heyətinin sədrliyini təhvil alan Belit Onay keçmiş baş nazir Şröderə edilən ödənişləri dayandırıb.
Ərdoğanı “dostum” adlandıran və prezident andına Ərdoğan tərəfindən “xüsusi dəvət olunan” Şröder Rusiya ilə münasibətlərinə görə ən çox tənqid olunanlar sırasındadır.
Rusiya prezidenti Putinlə yaxşı münasibətləri olan və “Şimal axını 2” işi üçün hər altı ayda bir 200 min avro alan Şröderə Rusiyadan bu pulun gəlişi bloklandı.
2024-cü ilin ortalarına qədər Şröderin hesabına yarım milyon avrodan çox pul köçürülüb. Keçmiş baş nazir Gerhard Şröderin bank hesabı, xüsusən də Rusiya ilə bağlı bəzi köçürmələr üçün bloklansa da, bu vəsaitlərin Rusiyanın “Qazprom” şirkəti tərəfindən təmin edildiyi bildirildi.
Türk əsilli bələdiyyə başqanı Belit Onay, Şröderin Sparkassedəki fəxri sədrliyinin 2022-ci ildə Rusiya-Ukrayna müharibəsi başlayanda bitməli olduğunu vurğulamışdı. Onay da qısa müddət sonra Sparkasse İdarə Heyətinə daxil edilmişdir. Bu dəyişikliyin Sparkassenin qərarında təsirli olduğu düşünülür.
Bildirək ki, Sosial Demokrat Partiyasının üzvü olan Şröder Merkeldən əvvəl iki müddət Almaniyanın kansleri olmuşdu.
Günel Həsənova