
Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında Hindistan millisinin oyunçusu ağır zədə alıb.
Gununsesi.info xəbər verir ki, 19-cu dəqiqədə oyunçulardan biri top uğrunda mübarizə zamanı yerə yıxılaraq, huşunu itirib.
İlkin tibbi müayinədən sonra o, meydanı xərəkdə tərk edib.
Qeyd edək ki, hazırda Portuqaliya hesabda öndədir – 1:0. Hindistan millisi əvvəlki oyunlarında Slovakiyaya 0:15, Bolqarıstana 0:5 hesabı ilə uduzub.