ABŞ-də keçmiş israilli girov saxlanılıb

Nyu-Yorka göndərilən İsrailli keçmiş hərbi əsir Liri Albaq hələ də ABŞ məlumat bazasında girov kimi qeydiyyatda olduğu üçün saxlanılıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, keçmiş İsrail əsgəri Liri Albaqın mayın 25-i bazar günü ABŞ-ın JFK Beynəlxalq Hava Limanında saxlanıldığı bildirilir.

The Jerusalem Post-un məlumatına görə, Albaq tətilə getdiyi Nyu York hava limanında “hələ də ABŞ sistemlərində girov kimi qeydiyyatda olduğu üçün” saxlanılıb və sorğu-sual edilib.

Keçmiş məhbus bir saat dindirildikdən sonra İsrail konsulluğunun əməkdaşının köməkliyi ilə sərbəst buraxılıb. İsrailin Nyu Yorkdakı konsulluğu Xatirə Günü həftəsonu bağlanıb. 

Albaqın saxlanılmasının ABŞ-nin məlumat bazası sistemlərinin yenilənməsinin gecikməsi ilə əlaqədar olduğu və Albaqın sərbəst buraxılması ilə bağlı məlumatların ABŞ məlumat bazasına daxil edilmədiyi bildirilib.  

Orxan

Gununsesi.info