İsrail ordusunun Qəzza planı

İsrail ordusu iki ay ərzində Qəzza zolağının 75 faizini işğal etməyi və 2 milyon fələstinlini zorla üç zonaya köçürməyi planlaşdırır.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İsrailin Qəzza zolağına hücumu və işğalı 2023-cü ilin oktyabr ayından bu yana davam edərkən, İsrail ordusunun Qəzza üçün işğal və məcburi köçürmə planı İsrail mətbuatında öz əksini tapıb.

Haaretz qəzetində yer alan xəbərə görə, İsrail Müdafiə Qüvvələri (İDF) iki ay ərzində Qəzzanın 75 faizini işğal etməyi və 2 milyon fələstinlini 3 bölgədə zorla toplamaq niyyətindədir. Hesabata görə, İDF Qəzzanın “evakuasiyasının” HƏMAS-ı dağılmasına və hökumət böhranına sürükləyəcəyinə, beləliklə də onu İsrailin şərtləri ilə girovların dəyişdirilməsi danışıqlarına qaytaracağına inanır.

İsrail ordusu iki ay ərzində Qəzzanın 75 faizinə “nəzarəti ələ keçirəcəyini” və 2 milyon fələstinli mülki vətəndaşı bölgədə üç zonaya cəmləyəcəyini təxmin edir. Sözügedən bölgələrin Qəzza şəhəri, mərkəzi qaçqın düşərgələri və Əl-Məvasi bölgəsi olduğu bildirilir. 

İsrail hərbçilərinin fikrincə, evakuasiyanın HƏMAS-ı çöküş vəziyyətinə və daxili hökumət böhranına sürükləyəcəyi gözlənilir ki, bu da İsrailin diktə etdiyi şərtlərlə HƏMAS-ı yenidən danışıqlar masasına oturtmağa məcbur edəcək.

Digər tərəfdən, hərbçilər bu “strategiya”da bəzi boşluqların olduğunu etiraf edirlər. Bu boşluqlardan biri də HƏMAS-ın İsrailin güclənən hücumlarına baxmayaraq, Qəzzada “köklənməkdə” qalmasıdır.

Orxan

Gununsesi.info