Çempion “Sabah” qızıl medalına qovuşdu

Əvəzedicilər Liqasının çempionu olan “Sabah-2” komandası mükafatlandırılıb.

Gununsesi.info xəbər verir ki, XXXVI turun dünən keçirilən “Neftçi-2” ilə qarşılaşmada birinciliyi rəsmiləşdirən Masazır təmsilçisinə mükafatlar “Sabah”- “Neftçi” oyunundan öncə təqdim edilib.

Qaliblərə medalları AFFA İcraiyyə Komitəsinin üzvü, “Sabah”ın prezidenti Maqsud Adıgözəlov, Peşəkar Futbol Liqasının(PFL) texniki-idman direktoru Elgiz Abbasov və Azərbaycan milli komandasının idman direktoru İlqar Qurbanov təqdim edib.

Qeyd edək ki, “Sabah-2” 69 xalla birinci pilləni tutub.

Gununsesi.info