
Prezident Makronun mayın 7-i çərşənbə günü Suriya prezidenti Şaraanı Fransada qəbul edəcəyi açıqlanıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Fransa Prezidentliyi AFP xəbər agentliyinə verdiyi açıqlamada prezident Emmanuel Makronun Suriya prezidenti Əhməd Şaraanı qəbul edəcəyini açıqlayıb. Görüşün çərşənbə günü, mayın 7-də baş tutacağı bildirilib.
Bu, Bəşər Əsəd rejiminin devrilməsindən sonra Suriya prezidenti olmuş Şaraanın Avropa İttifaqı (Aİ) üzvü olan ölkəyə ilk səfəri olacaq. Şəra da 8 dekabr 2024-cü ildə rejimin dağılmasından sonra iki dəfə Türkiyəyə səfər edib.
Fransa Prezidentliyinin bu gün yaydığı bəyanatda Makronun Fransanın “yeni Suriyanın, Suriya cəmiyyətinin bütün komponentlərinə hörmət edən azad, sabit və suveren Suriyanın yenidən qurulmasına dəstəyini” təkrarlayacağı bildirilib.
“Bu görüş Fransanın sülh və demokratiya istəyən Suriya xalqı qarşısındakı tarixi öhdəliyinin bir hissəsidir”, – bəyanatda deyilir.
Prezidentin bəyanatına görə, Makron Şaraa ilə görüşündə “öz tələblərini Suriya hökumətinə, xüsusilə də Livan da daxil olmaqla, regionun sabitləşməsi və terrorla mübarizəni” çatdıracaq.
Orxan