
Türkiyədə İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı aparılan “korrupsiya” istintaqı çərçivəsində İBB Media AŞ-nin İdarə Heyətinin sədri Murat Ongunun vəkilləri də saxlanılıb.
Gununsesi.info-nun Türkiyə mediasına istinadla verdiyi xəbərə görə, İstanbul Baş Prokurorluğu tərəfindən həyata keçirilən araşdırma çərçivəsində Ongunun vəkilləri Kazım Yiğit Akalın və Serkan Günel bu gün səhər saatlarında tutulublar.
Onlara “məhkəmə prosesinə təsir göstərməyə cəhd” və “istintaqın gizliliyini pozmaq” ittihamları irəli sürülüb. Məlumata görə, hər iki vəkil barəsində hüquqi prosedurlar davam etdirilir.
Hazırda istintaq davam etdirilir, məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat verilməyib.
Şəbnəm