Qüllə 90 saniyə ərzində “kor oldu”, təyyarələrlə əlaqə kəsildi

Aprelin 28-də ABŞ- nin Nyuark Liberti Beynəlxalq Hava Limanında hava dispetçerləri ilə təyyarələr arasında əlaqənin təxminən 90 saniyə kəsildiyi məlum olub.

Gununsesi.info xarici mediaya isinadən xəbər verir ki, məsələ ilə bağlı məlumatlı mənbələrin Bloomberg xəbər saytına verdiyi məlumata görə, ötən həftə hava limanındakı açar sistemlər təxminən 1,5 dəqiqə işləməyib. Hadisədən sonra bir çox işçinin “travma məzuniyyətinə” getdiyi bildirilib.

ABŞ Federal Aviasiya Administrasiyası (FAA) həmçinin Nyu-Cersi ştatındakı Newark Liberty Beynəlxalq Hava Limanında bəzi hava hərəkəti dispetçerlərinin travma məzuniyyətinin uçuşların dayandırılmasına, digərlərinin isə ləğv edilməsinə səbəb olduğunu açıqlayıb.

Bu hadisədən və işçilər məzuniyyətə çıxdıqdan sonra hava limanında bir həftəlik uçuş gecikmələri və ləğvlər yaşanıb. Delta Hava Yolları da bazar ertəsi günü hava hərəkətinə nəzarət məhdudiyyətləri səbəbindən “az sayda” uçuşların ləğv edildiyini açıqladı. 

Orxan

Gununsesi.info