Karateçilərimiz dünya çempionatında 4 medal qazandı - FOTO

Azərbaycan karateçiləri Almaniyanın Leyptsiq şəhərində IFK kyokuşin üzrə 7-ci Dünya Çempionatında dörd medal qazanıblar.

Bu barədə Gununsesi.info-ya Azərbaycan Karate Federasiyasının Mətbuat xidmətindən məlumat verilib.

Səlahət Həsənov qızıl, Elmir Cəbrayılov gümüş, Solmaz Zeynallı və Kamil Məmmədov bürünc medala sahib çıxıblar.

Gununsesi.info