Putinlə Tramp arasında planlaşdırılmış danışıq yoxdur

  • By Günel
  • 22 İyun 2025 14:24

“ABŞ-nin İranın nüvə obyektlərinə endirdiyi zərbələrdən sonra Rusiya Prezident Vladimir Putinlə Donald Tramp arasında hələlik planlaşdırılmış danışıq yoxdur”.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Peskovun sözlərinə görə, tərəflər arasında zərurət yaranarsa, əlaqə sürətlə və operativ şəkildə təşkil oluna bilər.

Gununsesi.info