Nigeriyada 4000-dən çox meningit virusu qeydə alındı - FOTOLAR

Afrikanın ən sıx məskunlaşdığı ölkə olan Nigeriyada son üç ayda 4000-dən çox meningit hadisəsi qeydə alınıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Sərhədsiz Həkimlər Təşkilatının (MSF) Nigeriya üzrə Sahə Əlaqələri Mütəxəssisi Abdulkareem Yakubu verdiyi yazılı açıqlamada, son üç ayda ölkə daxilində 4000-dən çox meningit hadisəsinin qeydə alındığını söylədi.

Yakubu epidemiyadan ən çox təsirlənən bölgələrin ölkənin şimal-qərb hissəsindəki Kebbi və Sokoto əyalətləri olduğunu və xəstəliyin hər yaşdan insanı təsir edə biləcəyini, ən çox da körpə və uşaqlarda rast gəlindiyini bildirib.

Yakubu xəstələrin 70 faizinin Sərhədsiz Həkimlər Təşkilatı (MSF) tərəfindən dəstəklənən səhiyyə müəssisələrində müalicə olunduğunu söylədi. O MSF qruplarının həftələrdir epidemiyaya qarşı mübarizə apardığını qeyd edərək, yüzlərlə xəstənin müalicə olunduğunu və böyük peyvənd kampaniyası aparıldığını vurğulayıb.

Nigeriya hökuməti 2030-cu ilə qədər menenjitə qalib gəlmək üçün yeni tədbirlər elan edib. Hava yolu ilə keçə bilən meningit beyindən başlayaraq bütün bədəni təsir edə bilər.

Günel Həsənova

Gununsesi.info