Tramp: Putin dəli olub... Ukraynanı ələ keçirsə, Rusiya dağılacaq

“Vladimir Putin “tamam dəli olub”.

Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində yazıb.

Amerika lideri Rusiya Prezidentinin ölkəsini uçuruma apardığını söyləyib: “Putin bütün Ukraynanı istəyir. O, bütün Ukraynanı ələ keçirmək qərarına gəlsə, o zaman Rusiya dağılacaq”.

Qeyd edək ki, mayın 25-nə keçən gecə Rusiya ordusunun Ukraynaya hücumu zamanı azı 12 nəfər ölüb. Paytaxt Kiyev də daxil olmaqla bir sıra şəhərlərə 367 PUA və raket atılıb. Ölənlər arasında Jitomir vilayətindən 3 uşağın olduğu da açıqlanıb.

Gununsesi.info