Azərbaycanda seçici siyahılarının dəqiqləşdirilməsi yekunlaşıb

Azərbaycanda seçicilər yenidən siyahıya alınıb.

Bu barədə Gununsesi.info-ya Mərkəzi Seçki Komissiyasından (MSK) məlumat verilib.

Bildirilib ki, ölkə üzrə seçici siyahılarının dəqiqləşdirilməsi yekunlaşıb.

Sabah – mayın 26-da MSK toplanacaq və dəqiqləşmiş seçici siyahıları üzrə göstəriciləri açıqlayacaq.

Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq məntəqə seçki komissiyaları fevralın 5-dək müvafiq seçki məntəqələrinin hüdudlarında seçici siyahılarının dəqiqləşdirilməsi prosesini yekunlaşdıraraq dəqiqləşdirilmiş siyahıları müvafiq dairə seçki komissiyalarına təqdim etməlidirlər. Ən gec aprelin 5-dək seçki dairələri üzrə dəqiqləşdirilmiş ilkin seçici siyahıları Mərkəzi Seçki Komissiyasına təqdim edilməlidir. MSK da öz növbəsində vahid seçicilər siyahısının ölkə üzrə tərtib edilməsini həyata keçirməlidir. Seçicilərin daimi siyahısı hər bir seçki məntəqəsi üzrə məntəqə seçki komissiyası tərəfindən MSK-nın müəyyənləşdirdiyi formada hər il mayın 30-dək təsdiq edilməlidir.

Gununsesi.info