Ukrayna XİN başçısı humanitar yardımlara görə Azərbaycana təşəkkür edib

Ukrayna xarici işlər naziri Azərbaycana Ukraynaya göndərdiyi humanitar yardımlara görə təşəkkür edib.

Gununsesi.info xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa xarici işlər naziri Ceyhun Bayramov ilə birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, bu çətin anda dostun yardım əlidir: “Bu yardımların bizim üçün mənəvi dəyəri çoxdur”.

Gununsesi.info