Ukrayna PUA ilə Putinin helikopterini vurmağa cəhd göstərib

Rusiya Prezidenti Vladimir Putinin helikopteri Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatları (PUA) ilə həyata keçirdiyi hücum zamanı Kursk vilayəti üzərində olub.

Gununsesi.info xəbər verir ki, bunu Rusiya Hava Hücumundan Müdafiə (HHM) diviziyasının komandiri Yuri Daşkin deyib.

Onun sözlərinə görə, prezidentin helikopteri havada olduğu anda Ukrayna tərəfindən həyata keçirilən kütləvi PUA hücumu dəf edilib. Ukrayna hərbçiləri helikopterin içində kimin olduğunu müəyyən etdikdən sonra hücum daha da intensivləşib:

“Biz eyni anda həm hava hücumunu dəf edirdik, həm də prezidentin helikopterinin havadakı təhlükəsizliyini təmin edirdik”.

Komandirin sözlərinə görə, Rusiya hərbçilərinin koordinasiyalı fəaliyyəti nəticəsində bütün hava hədəfləri məhv edilib və hücum tamamilə neytrallaşdırılıb.

Qeyd edək ki, Vladimir Putin mayın 20-də Kursk vilayətinə səfər edib. Bu, Ukrayna qüvvələrinin bölgədən tamamilə çıxarılmasından sonra onun ilk səfəri olub.

Prezident Kursk şəhərindəki humanitar qərargahda yerli könüllülərlə görüş keçirib. Görüşdə həmçinin vilayətin müvəqqəti icra başçısı Aleksandr Xinşteyn və Rusiya Prezident Administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenko da iştirak ediblər.

Gununsesi.info