Cabbarov Sibiqa ilə iqtisadi əməkdaşlığı müzakirə etdi

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ilə görüşüb.

Gununsesi.info xəbər verir ki, bu barədə nazir “X” səhifəsində paylaşım edib.

“Ölkələrimiz arasında iqtisadi əməkdaşlıq, biznes missiyalarının təşkili, işgüzar əlaqələri təşviq edən platformaların təkmilləşdirilməsi barədə müzakirələr apardıq. Həmçinin nəqliyyat dəhlizlərinin ticarət əlaqələrinin gücləndirilməsində rolu barədə fikirlərimizi bölüşdük”, – paylaşımda deyilir.

Gununsesi.info