
“ABŞ-nin İrandakı nüvə obyektlərini hədəfə alan hərbi əməliyyatlarından sonra vəziyyətin daha da gərginləşməsindən dərin narahatlığımızı ifadə edirik”.
Gununsesi.info xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında əksini tapıb.
“Bütün tərəfləri təmkinli olmağa, vəziyyəti daha da gərginləşdirməkdən çəkinməyə, mövcud problemlərin həlli üçün dialoq və diplomatiyaya üstünlük verməyə çağırırıq”, – bəyanatda qeyd olunur.