
Dövlət İmtahan Mərkəzi 22 iyun 2025-ci il tarixində inzibati vəzifələrin B növünə aid BB altqrupu üzrə dövlət qulluğuna qəbul imtahanı imtahanı keçirir.
Bu barədə Gununsesi.info-ya DİM-dən bildirilib.
Bu imtahanda iştirak etmək üçün 1141 nəfər qeydiyyatdan keçib. İmtahan Bakı və Naxçıvan şəhərlərində saat 11:00 və 16:00 olmaqla iki növbədə təşkil olunur.
İmtahan kompüterlər vasitəsilə elektron formada keçirilir. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olurlar. Nəticələr həmçinin sabah gün ərzində DİM-in saytında yerləşdiriləcək.