Roma Papası dünya liderlərinə çağırış etdi

  • By Günel
  • 22 İyun 2025 17:09

Roma Papası XIV Leo Yaxın Şərqdə vəziyyətin gərginləşməsi fonunda dünya liderlərinə müharibələri dayandırmaq çağırışı edib.

Gununsesi.info xəbər verir ki, Papanın sözlərinə görə, Yaxın Şərqdəki vəziyyət narahatedicidir.

“Hər bir dövlət başçısı geridönüşü olmayan yola girməmiş müharibəni dayandırmalı və buna görə məsuliyyət daşıyır”, – deyə o bildirib.

Papa XIV Leo qeyd edib ki, müharibə problemləri həll etmir: Əksinə olaraq xalqların tarixində dərin yaralar açır. Diplomatiya silahlara qalib gəlməlidir. Eyni zamanda beynəlxalq ictimaiyyətin bu istiqamətdə səylərini artırması daha vacibdir”.

 

Gununsesi.info