İran parlamenti Hörmüzün bağlanması ilə bağlı qərar verdi

  • By Günel
  • 22 İyun 2025 17:30

İran parlamenti ABŞ-ın nüvə obyektlərinə endirdiyi zərbələrdən sonra Hörmüz boğazının bağlanması ilə bağlı qərar qəbul edib.

Gununsesi.info xəbər verir ki, bu barədə “Əl Ərəbiyə” məlumat yayıb.

Bu məsələ ilə bağlı yekun qərarı Milli Təhlükəsizlik Şurası verəcəyi bildirilir.

Qeyd edək ki, SEPAH-ın Hərbi Dəniz Qüvvələri komandanı kontr-admiral Əlirza Tanqsiri Hörmüz boğazının bir neçə saat ərzində bağlanacağını bildirmişdi.

 

Gununsesi.info