Amerika fəlakətli bir müharibəyə sürüklənə bilər - FOTO

  • By Günel
  • 22 İyun 2025 15:48

Nümayəndələr Palatasında Demokrat azlığın lideri Hakeem Jeffries, ABŞ-nin İrandakı nüvə obyektlərinə aviazərbələrini sərt şəkildə tənqid edib. O, ABŞ Prezidenti Donald Trampı İsrail və İran arasındakı münaqişəyə müdaxilə etməklə ölkəni müharibəyə sürükləməkdə ittiham edib.

Jeffries bildirib ki, Tramp “öz niyyətləri barədə ölkəni aldadıb”.

“Donald Tramp bu birtərəfli hərbi əməliyyatların nəticəsində baş verə biləcək bütün mənfi nəticələrə görə tam və yekun məsuliyyət daşıyır”, – deyə o əlavə edib.

ABŞ Prezidenti həmçinin Konqresdən hərbi güc tətbiqinə dair icazə almayıb. O, Amerikanın Yaxın Şərqdə potensial olaraq fəlakətlə nəticələnə biləcək bir müharibəyə cəlb olunması riskini yaradıb, – deyə Jeffries vurğulayıb.

May be an image of 2 people and the Oval Office

 

Gununsesi.info