Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlandı

  • By Günel
  • 22 İyun 2025 17:05

Abşeron çimərliklərində iyunun 23-nə gözlənilən hava şəraiti açıqlanıb.

Gununsesi.info xəbər verir ki, sabah mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Dəniz suyunun temperaturu: şimal çimərliklərində – Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba 20-21° isti, cənub çimərliklərində – Türkan, Hövsan, Sahil, Şıx 21-22° isti olacaq.

 

Gununsesi.info