
Çin ABŞ-nin İrana və Beynəlxalq Atom Enerjisi Agentliyinin (AEBA) nəzarətində olan nüvə obyektlərinə endirdiyi zərbələri qəti şəkildə pisləyir.
Gununsesi.info xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Çin XİN-in bəyanatında qeyd olunub ki, ABŞ-nin bu hücumları BMT Nizamnaməsinin məqsəd və prinsiplərini, həmçinin beynəlxalq hüququ ciddi şəkildə pozur və Yaxın Şərqdə gərginliyin daha da artmasına səbəb olur.
Bəyanatda vurğulanıb ki, Pekin bütün tərəfləri, xüsusilə də İsraili dərhal atəşi dayandırmağa və tərəflər arasında danışıqlara başlamağa çağırır.