Sumqayıtda binada yanğın: Sakinlər təxliyə olundu

  • By Günel
  • 31 Mart 2025 20:14

Sumqayıtda yanğın hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilir ki, şəhərdə doqquzmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan 6 ədəd elektrik sayğacı, 6 ədəd qoruyucu açar və 3 paq.m elektrik kabeli yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 7 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Gununsesi.info