Zaqatalada “Mercedes”lər toqquşdu - Xəsarət alanlar var

  • By Günel
  • 31 Mart 2025 20:28

Zaqatalada iki minik avtomobili toqquşub, xəsarət alanlar var.

Gununsesi.info xəbər verir ki, hadisə Zaqatala-Qax avtomobil yolunun rayonun Muxax kənd ərazisindən keçən hissəsində baş verib.

Belə ki, rayonun Muxax kənd sakini 50 yaşlı Rəhim Laçınovun idarə etdiyi “Mercedes” markalı minik avtomobili ilə rayonun Göyəm kənd sakini 21 yaşlı Əhməd Matiyevin idarə etdiyi eyni markalı minik avtomobili toqquşub.

Qəzadan sonra Rəhim Laçınovun idarə etdiyi “Mercedes” idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb.

Hadisə nəticəsində sürücü R. Laçınov və sərnişinləri – 27 yaşlı Fuad Süleymanov, 36 yaşlı Asif Əhmədov və 63 yaşlı Nizaməddin Məhəmməd oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə  Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.info