Ukraynalı milyarderlər Rinat Axmetov və Viktor Pinçuk Ukrayna prezidenti Vladimir Zelenskinin yerinə başqa namizəd hazırlamağa başlayıblar.
Gununsesi.info xəbər verir ki, bu barədə Ukraynanın “Resident” Telegram kanalı bir neçə elit qrupdakı mənbələrə istinadən məlumat yayıb.
Nəşr bildirir ki, “Oliqarxlar Zelenskiyə qarşı yeni müxalifət qururlar; onlar onu növbəti prezident kimi görmürlər”.
Qeyd olunur ki, Axmetov və Pinçuk “Ukrayna hökumətinin təsdiq reytinqlərinin tamamilə çökməsi” fonunda qeyri-rəsmi ittifaq yaradıblar.
Rezident-in sözlərinə görə, onlar bizneslərini qorumaq və Ukraynanın bərpasında iştirak etmək üçün növbəti seçki dövrü üçün öz siyasi layihələrini yaratmaq istəyirlər.
Kanalın yaradıcıları əlavə ediblər ki, Ukrayna prezident administrasiyası bütün proseslərdən xəbərdardır və “trek nəzarətdən çıxsa”, eyni zamanda oliqarxlara qarşı işlər hazırlayırlar.
Elmar











