“Rəqəmsal Media Ayı” keçiriləcək

  • Müəllif: Firuzə
  • 02 Noyabr 2026 10:18

Bu ay “Rəqəmsal Media Ayı” keçiriləcək.

Gununesi.info xəbər verir ki, tədbir Media və Yayım Şurasının təşəbbüsü ilə təşkil olunacaq.

“Rəqəmsal Media Ayı”nın əsas məqsədi rəqəmsal media sahəsində bilik və bacarıqların inkişaf etdirilməsi, media savadlılığının artırılması, etibarlı və məsuliyyətli məzmun yaradıcılığının təşviqi, eləcə də gənclərin bu sahədə peşəkar inkişaf imkanlarının genişləndirilməsidir.

Ay ərzində müxtəlif hədəf qruplarını əhatə edən maarifləndirmə proqramlarının, praktiki təlimlərin, şəbəkələşmə görüşlərinin və media kampaniyalarının təşkili nəzərdə tutulur.

Gununesi.info