Son 20 ildə 1641 jurnalist öldürülüb

  • Müəllif: Orxan
  • 02 Noyabr 2026 14:15

Son 20 ildə dünyada 1600-dən çox jurnalist qətlə yetirilib. Bu isə orta hesabla hər dörd gündə bir jurnalistin öldürülməsi deməkdir.

Gununsesi.info xəbər verir ki, bu barədə UNESCO-nun yeni hesabatında bildirilib.

Hesabatda qeyd olunur ki, UNESCO 2006-cı ildən etibarən jurnalistlərin qətlə yetirilməsi hallarını sistemli şəkildə izləməyə başlayıb. Həmin vaxtdan bəri dünyada ümumilikdə 1641 jurnalist öldürülüb. Bu da orta hesabla hər dörd gündə bir jurnalistin həyatını itirməsi deməkdir.

Bildirilib ki, jurnalistlərin ölümünün əsas səbəbi silahlı münaqişələrdir.

Bununla yanaşı, son iki ildə silahlı münaqişələrin olmadığı ölkələrdə jurnalistlərin qətlə yetirilməsi hallarının sayı son 18 ilin ən aşağı səviyyəsinə düşüb. Bu müddətdə həmin ölkələrdə 62 jurnalist öldürülüb.

UNESCO qadın jurnalistlərin öldürülməsi hallarının da azaldığını qeyd edib.

Hesabatda diqqət çəkən digər məqam isə media əməkdaşları arasında 25-29 yaşlı jurnalistlərin sayının artmasıdır.

Gununsesi.info