Ankara Ukraynadakı münaqişənin nizamlanması ilə bağlı həm texniki səviyyədə, həm də liderlərin iştirakı ilə danışıqlara ev sahibliyi etməyə hazır olduğu barədə Vaşinqtona məlumat göndərib.
Gununesi.info xəbər verir ki, bu barədə Türkiyə mətbuatı hökumətdəki mənbəyə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, Türkiyə ABŞ-ın Ukrayna münaqişəsinin həlli istiqamətində təşəbbüsləri fonunda bu mövqeyini Vaşinqtona çatdırıb.
Ankara nəzərdə tutulan danışıqların formatı və səviyyəsindən asılı olaraq diplomatik təmaslar üçün platforma təqdim etməyə hazırdır.











