Əli Kərimlini bu hakimlər mühakimə edəcək - ÖZƏL

  • Müəllif: admin
  • 30 Oktyabr 2026 12:37

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilən AXCP sədri Əli Kərimin cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Gununsesi.info-nun əldə etdiyi məlumata görə, artıq işi araşdıracaq məhkəmə kollegiyasının sədri və tərkibi müəyyən olunub.

Məlumata əsasən, məhkəmə prosesinə hakim Vüqar Quliyevin sədrliyi ilə, hakimlər Elmin Rüstəmov və Şəlalə Həsənovanın iştirakı ilə baxılacaq.

Qeyd edək ki, məhkəmə kollegiyasının sədri Vüqar Quliyev vaxtilə prokurorluq orqanlarında çalışıb.

AXCP lideri Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər) maddəsi ilə ittiham olunur.

Gununsesi.info