Mirzoyan Bəhreyndə Azərbaycanla sülh prosesini müzakirə etdi

  • Müəllif: Firuzə
  • 31 Oktyabr 2026 23:00

Bəhreynin paytaxtı Manamada Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Körfəz Əməkdaşlıq Şurasının Baş katibi Casim Məhəmməd əl-Budeyvi ilə görüşüb.

Gununesi.info xəbər verir ki, bu barədə Mirzoyan X hesabında yazıb.

“Regional bağlantı, TRIPP layihəsi və Azərbaycanla Ermənistan arasında sülhün daha da institusionallaşdırılması barədə fikir mübadiləsi apardıq”, – Mirzoyan qeyd edib.

Görüşdə həmçinin əməkdaşlığın gücləndirilməsi və iqtisadi əlaqələrin genişləndirilməsi məsələləri də gündəmə gətirilib.

Gununesi.info