Beyləqanda ustanı elektrik cərəyanı vuraraq öldürdü

  • Müəllif: Firuzə
  • 02 Noyabr 2026 10:51

Beyləqan rayonunda ustanı elektrik cərəyanı vuraraq öldürüb.

Gununesi.info  xəbər verir ki, hadisə oktyabrın 31-də Mil qəsəbəsinin ərazisində baş verib.

Orada yerləşən yarımtikilidə usta işləyən Birinci Şahsevən kənd sakini 1999-cu il təvəllüdlü Rəhman Hacızadəni ehtiyatsızlıqdan elektrik cərəyanı vurub.

R.Hacızadə xəstəxanaya aparılarkən yolda ölmüşdür.
Araşdırma aparılır.

Gununesi.info