Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb

  • Müəllif: Firuzə
  • 02 Noyabr 2026 12:37

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə aylıq məlumat açıqlanıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) Gununesi.info-ya verilən məlumata görə, azad edilmiş ərazilərdə oktyabr ayında 799 piyada əleyhinə mina, 180 tank əleyhinə mina, 3070 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 4898,3 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Gununesi.info