Vətəndaş Expargo şirkətindən narazıdır.
Bu barədə vətəndaş Gununesi.info-ya müraciətində deyib:
“Mənim expargo şirkəti barədə problemim var, onu işıqlandırmanızı xahiş edirəm,əlimdə bütün sübutlar var. Ebaydən aldığım məhsul Expargoşirkətinin xarici anbarına çatıb, 17 gündür mənə Expargonun sosial şəbəkə hesabından bu gün, sabah deyirlər, axırı bağlamanın tapılmadığını bildirdilər. Xahiş edirəm ,problemimin işıqlandırılmasına dəstək olasınız. Bütün dövlət qrumlarına müraciət ünvanlayacam”.

Vətəndaşın sözlərinə görə, itkin düşən noutbukun dəyəri 440 manatdır.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Günay











