Ermənistanın Baş naziri Nikol Paşinyan yeni Konstitusiyanın qəbulunun Azərbaycanla tam və hərtərəfli sülhə nail olmaq üçün yetərli olub-olmayacağına aydınlıq gətirmək istədiyini bildirib.
Gununsesi.info xəbər verir ki, Paşinyan bunu parlamentdə 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deyib.
Baş nazir xatırladıb ki, parlament müxalifəti ötən həftə əsaslı və mühüm sual səsləndirib: yeni Konstitusiyanın qəbulu Azərbaycanla sülh müqaviləsinin imzalanmasına gətirib çıxaracaqmı və Bakı ilə münasibətlərdə yeni münaqişəli məsələlər yaranmayacaqmı?
“Yaxın vaxtlarda səylərimiz bu suallara cavab almağa yönələcək”, – Paşinyan bildirib.











