“Sabah”ın Çempionlar Liqasındakı matçına hakimlər təyin edildi

  • Müəllif: Orxan
  • 02 Noyabr 2026 14:54

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda keçiriləcək “Vikinq” (Norveç) – “Sabah” matçına hakim təyinatları açıqlanıb.

Gununsesi.info UEFA-nın məlumatına görə, oyunu Niderlanddan olan hakimlər briqadası idarə edəcək.

Baş hakim FIFA referisi Sander van der Eyk olacaq. Ona Rens Bluemink və Stefan de Qrot kömək edəcəklər. Dördüncü hakim vəzifəsini isə Coui Koy yerinə yetirəcək.

Qeyd edək ki, Norveçdə oynanılacaq matç noyabrın 4-dən 5-nə keçən gecə Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Gununsesi.info