Ukraynanın keçmiş xarici işlər naziri Volodymyr Ohryzko Fransa və Böyük Britaniyanı Rusiya sərhədlərindən kənarda nüvə silahları və nüvə sualtı qayıqları yerləşdirməyə çağırıb.
Gununsesi.info xəbər verir ki, o, bu açıqlamanı “Channel 24”-ə verdiyi müsahibədə verib.
Onun sözlərinə görə, Rusiyanın nüvə silahları Belarusda yerləşdirildikdən sonra avropalılar nüvə silahlarını Polşaya köçürməlidirlər.
“Niyə fransız və ya britaniyalı həmkarlarımız nüvə qüvvələrini Polşada yerləşdirmirlər ? Bu, birbaşa və aydın cavabdır. Niyə fransız və britaniyalı həmkarlarımız nüvə sualtı qayıqlarının Rusiya sərhədlərinə yaxın yerdə yerləşməsini təmin etmirlər? Bu, sadəcə siyasi qərardır”, – deyə o qeyd edib.
Oqrızko əlavə edib ki, sualtı qayıqlar Rusiyanın əsas hərbi, siyasi və iqtisadi mərkəzlərinə uçuş vaxtının cəmi beş dəqiqə olduğu bir yerdə “patrul” etməlidir.
Maqsud











