Ərdoğan Qara dənizdə gərginliyin azaldılmasına çağırdı

  • Müəllif: Firuzə
  • 31 Oktyabr 2026 21:03

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qara dənizdə gərginliyin artmasının qarşısının alınmasının vacibliyini vurğulayıb.

Gununesi.info xəbər verir ki, bunu Ərdoğan İstanbulda Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

Türkiyə Prezidenti Rusiya-Ukrayna müharibəsinin Qara dənizə də yayıldığını qeyd edib.

“Qara dənizdə mülki gəmilərə qarşı hücumların və gərginliyin artırılmasına yönələn cəhdlərin qarşısının alınması üçün səylərin gücləndirilməsinə ehtiyac olduğunu düşünürəm. Bu məsələni Rusiya ilə də müzakirə edərək prosesdə irəliləyişə nail olmağı hədəfləyirik”, – Ərdoğan vurğulayıb.

Gununesi.info