Bu gün səhər saatlarında paytaxtın Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Gununesi.info xəbər verir ki, Hüseynbala Əliyev küçəsində – metronun “Memar Əcəmi” stansiyasının yaxınlığında 2 avtomobil toqquşub.
Nəticədə, idarəetmədən çıxan “Toyota Aqua” markalı avtomobil yolun kənarında yerləşən gözəllik mərkəzinə çırpılıb.
Avtomobilə və obyektə ziyan dəyib.
Araşdırma aparılır.











